BAKI, 23 noyabr. TELEQRAF
İtaliya mina təhlükəsi ilə mübarizədə Azərbaycanı dəstəkləyir.
Teleqraf xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
O vurğulayıb ki, heç bir mülki şəxs mina partlayışı nəticəsində həyatını itirməməlidir.