BAKI, 23 noyabr. TELEQRAF
"Sabah" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun Bakıdakı oyununa təyinat alan şotlandiyalı hakim Nikolas Uolş daha əvvəl "Qarabağ"ın matçını idarə edib
Teleqraf xəbər verir ki, 35 yaşlı referi 2024-cü il oktyabrın 24-də UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən və "Qarabağ"ın Niderlandın "Ayaks" klubuna 0:3 hesabı ilə uduzduğu qarşılaşmada baş hakim olub
Uolş həmin görüşdə "Qarabağ"ın iki futbolçusunu meydandan qovub
Nikolas Uolş cari mövsümdə (2026/2027) UEFA Çempionlar Liqasının əsas mərhələsində iki qarşılaşmada hakimlik edib
Qeyd edək ki, "Sabah" – "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq