BAKI, 23 noyabr. TELEQRAF

Azərbaycan Avropanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər.

Teleqraf xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

Antonio Tayani qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh sazişi bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

“İstər Avropada, istərsə də İtaliyada sabitlik investisiyalar üçün əlverişli şəraitin formalaşmasının əsas şərtlərindəndir”.

O bildirib ki, sabitlik ölkənin inkişafı və yeni investisiyaların cəlb edilməsi baxımından ən mühüm göstəricilərdən biridir.