BAKI, 16 sentyabr. TELEQRAF
2026-cı ildə Qazaxıstanın neft hasilatı 4% azalaraq təqribən 96 milyon tona düşəcək, 2027-ci ildə isə hasilat 98 milyon tona çatacaq.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin enerji nazirinin müavini Kayırxan Tutkışbayevin jurnalistlərə açıqlama verib.
"Keçən il biz 99,6 milyon ton həcmində rekord istehsal göstəricisinə nail olduq. Bu ili təxminən 96 milyon ton göstərici ilə başa vurmağı planlaşdırırıq; "Kaşaqan" və "Tengiz" yataqlarında texniki xidmət işlərini gələn ilə keçirdiyimiz üçün isə 2027-cı ildə təxminən 98 milyon ton həcmində hasilat gözləyirik".
2026-cı ilin yanvar-avqust aylarında Qazaxıstanda neft hasilatı həcmi 8,4% azalaraq 61,7 milyon ton təşkil edib. Qazaxıstan Energetika Nazirliyinin rəsmisi Yerlan Akkenjenovun açıqlamasına görə, 2026-cı il üçün ilkin hasilat hədəfi 99,5 milyon ton neft olsa da, sonradan bu rəqəm 98 milyon tona endirilib.