ŞAHBUZ, 16 sentyabr. TELEQRAF

Şahbuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Ağbulaq-Gömür kəndləri arasındakı yolda qeydə alınıb.

"Niva" və "Fiat" markalı avtomobillərin toqquşması nəticəsində Ağbulaq kənd sakinləri – 1993-cü il təvəllüdlü Aysel Bəylər qızı Həsənova və 1988-ci il təvəllüdlü Mədinə Vilayət qızı Həsənova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.