BAKI, 16 sentyabr. TELEQRAF

Füzuli və Xankəndi şəhər incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyindəki büdcədən maliyyələşdirilən qurumların siyahısına daxil edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik olunub. Siyahının büdcədən maliyyələşdirilən təhsil müəssisələri hissəsinə Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbi və Xankəndi şəhər İncəsənət Məktəbi əlavə edilib.