BAKI, 16 sentyabr. TELEQRAF

Etilen-Polietilen zavodu ümumilikdə üç istehsalatdan ibarətdir. Əsas istehsalat Etilen-Propilen istehsalatıdır. İllik məhsuldarlıq etilen üzrə 190 min ton, propilen üzrə isə 187 min tona çatır.

Teleqraf xəbər berir ki, bu barədə zavoda təşjil olunan mediatur çərçivəsində jurnalistlərə bildirilib.

O qeyd edib ki, bu, bunlar modernizasiyadan sonrakı qurğunun dizayn göstəriciləridir.

İkinci qurğumuz Yüksək Təzyiqli Polietilen istehsalatıdır. Bu, “Polimir-120” istehsalatı adlanır. Ümumi illik məhsuldarlığı 120 min tondur. Burada alçaq sıxlıqlı, yüksək təzyiqli polietilen istehsal edilir.

Üçüncü qurğumuz isə Buxar və Elektrik Enerjisi İstehsalatıdır. Burada yüksək, orta və aşağı təzyiqli buxar istehsal edilir. İki buxar qazanının ümumi məhsuldarlığı saatda 480 tondur. Elektrik enerjisi istehsalı isə 68 meqavatdır. Daxili tələbat təxminən 20 meqavatdır, qalan elektrik enerjisi isə şəbəkəyə ötürülür. Buxar və Elektrik Enerjisi İstehsalatı, həmçinin, “SOCAR Polymer”i də buxarla təmin edir”.

O əlavə edib ki, SOCAR çərçivəsində “Azərkimya” İstehsalat Birliyinə beş növ xammal daxil olur:

“Bunlar Heydər Əliyev adına Neft Emalı Zavodundan qəbul etdiyimiz nafta, LPG, PPF və quru qaz xammalları, həmçinin Qaradağda yerləşən Qaz Emalı Zavodundan qəbul etdiyimiz qaz benzinidir”.