BAKI, 15 sentyabr. TELEQRAF
2026-cı ilin yanvar-avqust aylarında “Azərbaycan Dəmir Yolları” (ADY) 12 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
Teleqraf xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, qeyd olunan dövrdə tranzit daşımaları 5 milyon tona çataraq keçən ilin göstəricisini 12% üstələyib.
Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 17%, Şimal-Cənub istiqaməti üzrə isə 24% artım qeydə alınıb.
Ötən il və bu ilin avqust ayları üzrə ümumi yükdaşıma həcmi 32%, tranzit daşımalar isə 40% artıb.