BAKI, 16 sentyabr. TELEQRAF
Prioritetlərdən biri daha dərin iqtisadi və maliyyə əməkdaşlığıdır.
Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.
O bildirib ki, TDT müntəzəm əməkdaşlıq mexanizmləri ilə dəstəklənən nazirliklər, agentliklər və qurumlar vasitəsilə geniş iqtisadi şəbəkə qurub.
"Baş tutan iclaslar bu mühüm sahədə əməkdaşlığımızı daha da möhkəmləndirəcək. 500 milyon ABŞ dolları kapitalı olan Türk İnvestisiya Fondu artıq tam fəaliyyət göstərir. Bundan əlavə, o, kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləyəcək", - baş katib vurğulayıb.