BAKI, 16 sentyabr. TELEQRAF
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen İran ətrafındakı münaqişə və Hörmüz boğazındakı vəziyyət fonunda Avropa İttifaqının 90 milyard avro əlavə xərc çəkdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Ursula von der Leyen Avropa Parlamentində çıxışı zamanı deyib.
O qeyd edib ki, münaqişənin başlamasından etibarən idxal olunan fosil yanacağın qiyməti Aİ-yə əlavə 90 milyard avroya başa gəlib.
Ursula Von der Leyen əlçatan yerli təmiz enerjinin inkişafı istiqamətində səylərin ikiqat artırılmasına çağırıb. O, bərpa olunan enerji mənbələri, nüvə enerjisi, biomethan və digər texnologiyaların inkişafının vacibliyini vurğulayıb.