BAKI, 16 sentyabr. TELEQRAF

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə mütəmadi əlaqə saxladığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Alen Simonyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

"Bəli, Hikmət Hacıyevlə danışmışam. Məndə onun, onda da mənim nömrəm var. Biz iki gündən bir danışırıq", - A. Simonyan bildirib.