BAKI, 16 sentyabr. TELEQRAF
“Ümid edirəm, Avropa ölkələri Prezident Vladimir Putinin Rusiya ilə mümkün müharibə ilə bağlı açıqlamasını eşidiblər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrovun sözlərinə görə, Rusiya ilə mümkün müharibəyə hazırlıq Avropa siyasi elitasının nümayəndələrinin çıxışlarında ən çox eşidilən mövzulardan birinə çevrilib. O, Putinin Avropa ölkələri Rusiyaya hücum etmək qərarına gələrsə, müharibənin çox qısa olacağı barədə açıqlamasını xatırladıb.
“Ümid edirəm, bu xəbərdarlıq Avropa paytaxtlarında və indi özlərini “vahid Avropa” kimi təqdim etməyə çalışan strukturlarda eşidilib”, - Lavrov əlavə edib.