BAKI, 16 sentyabr. TELEQRAF

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ülvi Zahid oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Xatırladaq ki, sentyabrın 17-də Ü.Quliyevin 60 yaşı tamam olur. O, Milli Məclisin III, IV, V, VI və VII çağırışının deputatı olub.