BAKI, 16 sentyabr. TELEQRAF
Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Ukraynanın Donetsk vilayətinə 1104 zərbə endirib, nəticədə iki nəfər ölüb və biri yaralanıb, 65 mülki obyekt isə məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Donetsk vilayətinin polisi məlumat yayıb.
“Polis son sutka ərzində bölgənin cəbhə xəttində və yaşayış sektorunda 1104 atəş hadisəsi qeydə alıb. 56 yaşayış binası da daxil olmaqla 65 mülki obyekt dağıdılıb”, - hesabatda bildirilib.
Səkkiz yaşayış məntəqəsi atəşə tutulub: Kramatorsk və Slavyansk şəhərləri, Bilenke, Krasnotorka, Novodonetske, Zoloti Prudı, İverske və Xrestişçe kəndləri.
Slavyanskda iki nəfər ölüb, bir nəfər yaralanıb.