BAKI, 16 sentyabr. TELEQRAF
“Allah İrana qələbə və İsraillə ABŞ-nin məhvini vəd edib”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının keçmiş katibi Məhəmməd Təlai deyib.
“Amerikanın və İsrailin məhvi, mərhum rəhbərimizin (Əli Xamenei) ifadəsi ilə desək, Allahın təqdir etdiyi məsələdir. Allah İrana qələbə vəd edib. Bu qələbə ordunun və küçələrdəki insanların əzmkarlığı, dözümlülüyü və müqaviməti sayəsində İran xalqına nəsib olacaq”, - Təlai bildirib.