BAKI, 16 sentyabr. TELEQRAF
“İsrail ordusu son üç ildə Tehrana qədər hava yolunun açılması da daxil olmaqla, misli görünməmiş nailiyyətlər əldə edib”.
Teleqraf xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir deyib.
Baş Qərargah rəisi qeyd edib ki, bu dövrdə İranın raket istehsalı infrastrukturu və anbarları da məhv edilib:
“Son üç ildə bütün cəbhələrdə görünməmiş nailiyyətlər əldə etdik, illər ərzində İsrailə qarşı formalaşdırılmış təhdidləri aradan qaldırdıq və düşmənlərimizin imkanlarına zərbə vurduq”.
Eyal Zamir qeyd edib ki, İsrail ordusu Qəzza zolağı və Livanda da HƏMAS və “Hizbullah”ın tunel şəbəkələrini, komandirlərini, komandanlıq və idarəetmə mərkəzlərini də hədəfə alıb.
“İsrail ordusu dünyanın ən əxlaqlı ordusudur. Biz beynəlxalq hüquqa riayət edirik və düşmənləri hədəfə almaq və günahsız mülki şəxslərə zərər dəyməsinin qarşısını almaq üçün əlimizdən gələn hər şeyi edirik”, - İsrail ordusunun Baş Qərargah rəisi əlavə edib.