BAKI, 29 aprel. TELEQRAF

İndiyədək KOB evlərində 1,5 milyondan artıq xidmət göstərilib. KOB evinin rəqəmsal modeli olan e-KOB evi portalından da artıq istifadə etmək mümkündür.

Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bizneslər üçün “vahid qapı” konsepsiyası əsasında reallaşdırılan KOB Evi modeli beynəlxalq səviyyədə də dövlət sektorunda innovativ model olaraq tanınıb və keçirdiyimiz xarici görüşlər zamanı bir sıra tərəfdaş ölkələr onun tətbiqinə maraq göstərir.

Orxan Məmmədov əlavə edib ki, martın 19-da Gəncə şəhərində sayca 5-ci KOB evi sahibkarların istifadəsinə verilib.