BAKI, 2 sentyabr. TELEQRAF

Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə dialoq və qarşılıqlı əlaqə vacibdir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent jurnalistlərə açıqlamasında bildirib.

“Əgər tərəflər danışmırsa, qarşılıqlı əlaqə yoxdursa, münaqişəni necə həll etmək olar?” – Bessent deyib.

Nazir bəzi Avropa ölkələrinin Rusiyanın G20 tədbirlərində iştirakına münasibətinin mənfi olduğunu etiraf etsə də, Moskva ilə təmasların davam etdirilməsini mühüm hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Maliyyə Nazirliyi nazir Anton Siluanovla Bessentin G20 toplantısı çərçivəsində görüşdüyünü açıqlayıb. Tərəflər Rusiya-ABŞ maliyyə əlaqələrini və G20 çərçivəsində əməkdaşlığı müzakirə ediblər.