BAKI, 2 sentyabr. TELEQRAF

İranın İordaniya ərazisindəki ABŞ bazasına endirdiyi zərbələr nəticəsində amerikalı hərbçilər arasında itki olmayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinin sözlərinə görə, hücum nəticəsində ABŞ hərbçiləri arasında ölən və ya yaralananların olması barədə məlumat daxil olmayıb.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ bazasına hücum nəticəsində çox sayda amerikalı hərbçinin öldürüldüyünü iddia etmişdi. SEPAH həmçinin bir neçə mühüm obyektin və döyüş helikopterinin vurulduğunu açıqlamışdı.

Beləliklə, ABŞ rəsmilərinin açıqlaması SEPAH-ın itkilərlə bağlı iddiasını təkzib edib.