BAKI, 2 sentyabr. TELEQRAF

İordaniyanın şimal-qərbindəki Əl-Məfraq şəhəri üzərində bir neçə raket zərərsizləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə "Əl Cəzirə" məlumat yayıb.

Zərərsizləşdirilən raketlərin dəqiq sayı barədə hələlik məlumatın olmadığı bildirilir.

Qeyd edilir ki, Kral Hüseyn adına aviabaza Əl-Məfraqın bilavasitə yaxınlığında yerləşir.