BAKI, 2 sentyabr. TELEQRAF

ABŞ qüvvələri İranın hərbi obyektlərinə növbəti zərbələr seriyasını başa çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 1-də həyata keçirilən əməliyyat zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hədəflərə zərbələr endirilib.

Hədəflər arasında hava hücumundan müdafiə sistemləri, radarlar, dəniz vasitələri və obyektləri, mina yerləşdirmək üçün nəzərdə tutulan vasitələr, həmçinin rabitə obyektləri olub.

“CENTCOM qüvvələri sentyabrın 1-də İranın hərbi hədəflərinə qarşı zərbələr dalğasını uğurla başa çatdırıb”, – komandanlığın açıqlamasında bildirilib.