BAKI, 2 sentyabr. TELEQRAF
“Apple Maps” xəritə xidməti ABŞ-dakı istifadəçilər üçün Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişib.
Teleqraf xəbər verir ki, bundan əvvəl ABŞ-nin daxili işlər naziri Duqlas Berqam Prezident Donald Trampın şəxsən “Apple” şirkətinə müraciət edərək Ontario gölünün xəritələrdə adının dəyişdirilməsini istədiyini açıqlamışdı.
Hazırda ABŞ istifadəçiləri “Ontario gölü” axtarışı etdikdə “Apple Maps”də “Amerika gölü” adı göstərilir.
"Bloomberg" agentliyinin məlumatına görə, Kanadadakı istifadəçilər üçün isə gölün əvvəlki Ontario adı saxlanılıb.
Qeyd edək ki, daha əvvəl “Google Maps” də ABŞ istifadəçiləri üçün Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişmişdi. Avqustun 27-də Tramp gölün adının dəyişdirilməsi barədə fərman imzalayıb. Kanadanın Baş naziri Mark Karni isə Ontario adının 400 ildən artıq tarixə malik olduğunu və Kanadada dəyişdirilməyəcəyini bildirib.