BAKI, 2 sentyabr. TELEQRAF

İordaniyanın hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanına daxil olan 13 ballistik raket qeydə alıb.

Teleqraf xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi məlumat verib.

Bildirilib ki, İran ərazisindən buraxılan raketlərdən 10-u uğurla zərərsizləşdirilib, daha 3 raket isə yaşayış məntəqələrindən uzaq ərazilərə düşüb.

İordaniya Silahlı Qüvvələri əhaliyə naməlum əşyalara və raket qalıqlarına yaxınlaşmamaq, onlara toxunmamaq və yerini dəyişməmək barədə xəbərdarlıq edib. Belə hallar aşkarlandıqda dərhal aidiyyəti qurumlara məlumat verilməsi tövsiyə olunub.