BAKI, 2 sentyabr. TELEQRAF
Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə AMEA nəzdində Respubika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 03:39-da Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.