BAKI, 2 sentyabr. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ hərbi bazasına zərbə endirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı məlumatda bildirilir.
SEPAH-ın iddiasına görə, hücum nəticəsində çox sayda ABŞ hərbçisi öldürülüb.
ABŞ tərəfi hələlik SEPAH-ın açıqladığı məlumatı təsdiqləməyib.