BAKI, 2 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp G20 ölkələrinin maliyyə qurumları rəhbərlərinin Şimali Karolinada keçirilən görüşünü məhsuldar və müsbət qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.

“G20 maliyyə nazirlərinin Eşvildə keçirilən görüşündə çox məhsuldar və müsbət məsləhətləşmələr aparıldı”, – ABŞ lideri bildirib.

Tramp həmçinin ABŞ iqtisadiyyatını “ən böyük və ən yaxşı” iqtisadiyyat adlandıraraq digər ölkələrin vergiləri azaltmaq, tənzimləmələri yumşaltmaq və neft hasilatını artırmaq məsələsində ABŞ nümunəsini izləməsinin faydalı olacağını deyib.

Qeyd edək ki, G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclası avqustun 31-i və sentyabrın 1-də keçirilib.