BAKI, 1 sentyabr. TELEQRAF
"Al Hadath" telekanalı ABŞ qüvvələrinin İran tərəfindən Hörmüz boğazı istiqamətinə daşınan hərbi texnikaya zərbə endirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, ABŞ-nin yeni hava zərbələri dalğası Vaşinqtonun Tehranın Hörmüz boğazı sularında ticarət gəmilərinə hücumları genişləndirməyi planlaşdırdığı barədə ehtimalı ilə əlaqəlidir.