BAKI, 2 sentyabr. TELEQRAF
Rusiya ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə əməkdaşlığı rahat hesab edir.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib.
Putinin sözlərinə görə, Uitkoff və Kuşner ABŞ Prezidenti Donald Trampa yaxın şəxslərdir və onun etimadını qazanıblar.
“Onlar, məncə, səmimi insanlardır və işimizi konkret məzmunla doldurmağa çalışırlar. Prezidentin onlara etibar etməsi çox vacibdir. Bu olmadan heç bir danışıqlar aparmaq mümkün deyil”, – Putin bildirib.
Rusiya lideri vurğulayıb ki, qarşı tərəfin nümayəndələrinin dövlət başçısının etimadına malik olması əldə olunan razılaşmaların etibarlılığı baxımından mühüm əhəmiyyət daşıyır.