BAKI, 2 sentyabr. TELEQRAF
Ukraynalı futbolçu Mixail Mudrik “Çelsi”dən “Tottenhem”ə keçib.
Teleqraf xəbər verir ki, bu barədə “Tottenhem”in mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi London klubunda mövsümün sonunadək icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyası (FA) iyulun 31-də Mudrikin diskvalifikasiyasını ləğv edib. Futbolçu dopinqdən istifadəyə görə təqsirini etiraf edib və tərəflər Ümumdünya Antidopinq Agentliyinin (WADA) razılığı ilə intizam işinə xitam veriblər.
Mudrik 2024/25 mövsümündə müxtəlif turnirlərdə 15 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. O, ümumilikdə “Çelsi”nin heyətində keçirdiyi 73 matçda 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
“Çelsi” Mudriki Donetsk “Şaxtyor”undan 70 milyon avroya transfer etmişdi. Müqavilədə əlavə 30 milyon avro bonus da nəzərdə tutulmuşdu.