BAKI, 2 sentyabr. TELEQRAF

Goranboy rayonu, Nizami kəndi yaxınlığında yanğın baş verib.

Teleqraf xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan yoxdur.