BAKI, 2 sentyabr. TELEQRAF

Peru hökuməti İranla diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Peru Respublikası hökuməti İran İslam Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib”, – nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, qərar Yaxın Şərqdəki mövcud vəziyyət və İranın Hörmüz boğazındakı fəaliyyəti ilə əlaqədardır. Peru daha əvvəl də regiondakı gərginliklə bağlı narahatlığını ifadə etmişdi. (elperuano.pe)

Bununla yanaşı, Peru XİN vurğulayıb ki, diplomatik münasibətlərin kəsilməsi iki ölkə arasında konsulluq əlaqələrinin dayandırılması demək deyil.