BAKI, 2 sentyabr. TELEQRAF

ABŞ-nin İranın Sirik şəhərində toy mərasiminə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Teleqraf "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Muxtar Salahşur və Hörmüzqan əyaləti qubernatorunun müavini Əhməd Nəfisi məlumat veriblər.

Məlumata görə, azı 50 nəfər yaralanıb.

***

23:28

1 sentyabr

ABŞ Silahlı Qüvvələrinin İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücumu nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Məlumata görə, toy mərasiminin keçirildiyi məkana hücum olunub.

Hörmüzqan əyaləti qubernatorunun müavini Əhməd Nəfisi bildirib ki, toy mərasiminin azı iki iştirakçısı həlak olub.

Eyni zamanda Qeşm Adası, Ciruft ve Bəndər Abbas şəhərlərinin zərbələrə məruz qaldığı bildirilir.