BAKI, 2 sentyabr. TELEQRAF
Ermənistan ölkədəki Rusiya hərbi bazasına ehtiyac olmadığını hesab edərsə, Moskva onu çıxarmağa hazırdır.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Əgər Ermənistan hesab edirsə ki, Rusiya hərbi bazası ölkədə lazım deyil, biz lap sabah gedərik”, - Putin deyib.