BAKI, 1 sentyabr. TELEQRAF

ABŞ Nümayəndələr Palatası federal hökumətin dekabrın əvvəlinə qədər maliyyələşdirilməsini nəzərdə tutan qısamüddətli qanun layihəsini qəbul edib.

Teleqraf xəbər verir ki, layihə aralıq seçkiləri ilə bağlı qanunverici orqan üzvlərinin seçki kampaniyası apardıqları bir vaxtda şatdaunun (hökumətin bağlanması) qarşısını almaq üçün irəli sürülmüşdü. Sonuncu maliyyələşmə qanunu oktyabra qədər idi.

Nümayəndələr Palatası qanun layihəsini 370 lehinə, 48 əleyhinə səslə qəbul edib. Senat layihəni həftələr öncə təsdiq etmişdi. Layihə imzalanması üçün Prezident Donald Trampın masasına göndərilib.