BAKI, 2 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ermənistanla münasibətlərdə mövcud vəziyyətin Qarabağ ətrafında yaranan problemlərdən qaynaqlandığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Putin qeyd edib ki, Ermənistan özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
“Ermənistanla münasibətlərdə indiki vəziyyət Qarabağ ətrafındakı problemlərdən başladı. Lakin İrəvan özü bu regionu Azərbaycanın bir hissəsi kimi tanıdı”, – Rusiya lideri bildirib.