BAKI, 2 sentyabr. TELEQRAF

G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin ABŞ-nin Şimali Karolina ştatının Eşvill şəhərində keçirilən toplantısının yekunlarına dair birgə kommünike razılaşdırılmayıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent açıqlayıb.

“Ümid edirdim ki, bu gün son bir neçə gündə və il ərzində birlikdə gördüyümüz işi əks etdirən birgə kommünikenin yekdilliklə qəbul edildiyini elan edə biləcəyik. Lakin tam konsensus əldə olunmadı”, – Bessent bildirib.

ABŞ maliyyə nazirinin iddiasına görə, razılığın əldə edilməməsinə Çinin mövqeyi səbəb olub.

Bessent əlavə edib ki, görüşə sədrlik edən ABŞ yekun bəyanat hazırlayıb.