BAKI, 2 sentyabr. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ-ın Şeyx İsa hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasına istinadən “Tasnim” agentliyi məlumat yayıb.
Açıqlamaya görə, zərbələr bazadakı radar obyektlərinə və ABŞ hərbçilərinin cəmləşdiyi ərazilərə endirilib.
“İran ordusu Bəhreyndəki Şeyx İsa bazasında radar obyektlərinə və amerikalı hərbçilərin cəmləşdiyi ərazilərə PUA-larla kütləvi zərbələr endirib”, - məlumatda bildirilib.
Hücumun nəticələri barədə hələlik məlumat verilməyib.