BAKI, 1 sentyabr. TELEQRAF

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası "Hörmüz boğazında təhlükəsizlik və dayanıqlı inkişaf üzrə strateji fəaliyyət planı" adlı qanun layihəsinin bir neçə maddəsi təsdiqləndiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Hörmüz boğazı tranzit icazəsi üçün keçid tarifi və İrana müharibə təzminatının ödənməsi şərtilə bağlanıb.

Layihəyə əsasən, dəniz tranziti ilə bağlı potensial risklərə qarşı bank zəmanətlərinin və sığorta təminatının verilməsi tələb olunur.

Komissiya həmçinin Hörmüz boğazından keçidlə bağlı xidmət və sığorta haqlarının müəyyən edilməsi üçün çərçivəni və icra qaydalarını müəyyən edən maddəni də təsdiqləyib.

"Müharibə dövründə İrana ziyan vuran bütün ölkələr, təşkilatlar, habelə hüquqi və fiziki şəxslər təzminatın ödənilməsi qaydası ilə bağlı İran hökuməti ilə razılığa gəlməli olacaqlar", - deyə komissiya qeyd edib.

Əks halda onların boğazdan keçidinə icazə verilməyəcəyi vurğulanıb.