BAKI, 29 aprel. TELEQRAF
Ümumilikdə Azərbaycanın işğaldan azad edilən ərazilərində layihələndirmə işlərinə 100-ə yaxın müxtəlif təşkilat cəlb olunub ə. Bunların 70-dən çoxu özəl sahibkarlıq subyektidir.
Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O əlavə edib ki, bu ərazilərin ümumi planı, 8 şəhərin baş planı, eləcə də 101 qəsəbə və kənd yaşayış məntəqəsinin ərazi planlaşdırılması hazırlanaraq təsdiq olunub:
“Bu sənədlər vətəndaşlarımızın geri dönüşü üçün münasib və təhlükəsiz yaşayış mühitu formalaşdırılmasına, həmçinin həmin ərazilərdə tikinti fəaliyyətinin səmərəli şəkildə həyata keçilməsinə imkan yaradıb”.
Bundan əlavə ərazi planlaşdırılması sahəsində həyata keçirilən uğurlu fəaliyyət nəticəsində ölkənin 79 şəhərindən 68-nin tamamilə yeni baş planı hazırlanaraq təsdiqlənib. Qalan 11 şəhərin baş planının yenilənməsi istiqamətində işlər isə hazırda davam etdirilir. Yerlənmiş baş planlarının mövcudluğu şəhərlərin inkişafını sistemli və proqnozlaşdırıla bilən müstəviyə çıxaraq, sahibkarlıq fəaliyyəti üçün hüquqi aydınlıq, infrastruktur təminatı və investisiya cəlb ediciliyi yaradır, nəticə etibarı ilə isə biznes təşəbbüslərinin genişlənməsi və dayanıqlı iqtisadi artım üçün möhkəm zəmin formalaşdırır”, - deyə o əlavə edib.