BAKI, 29 aprel. TELEQRAF

Şəhərlərin formalaşmasının əsasında sahibkarlıq və innovasiyalar yer alır.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, müasir qlobal trendlərə nəzər saldıqda, 2050-ci ildə dünya əhalisinin təxminən 70%-nin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır.

“Sürətli urbanizasiya, şəhərlərlə bağlı əhalinin artan tələbatının qarşılanması, iş yerlərinin yaradılması, müasir şəhər xidmətlərinin təmin edilməsi və ekoloji tarazlığın qorunması kimi çağırışları ön plana çıxarır.

Startaplar və kiçik biznes subyektləri şəhərlərin formalaşmasında hökumət, akademik dairələr və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edərək, yüksək keyfiyyətli məhsul və xidmətlər vasitəsilə innovasiya ekosistemlərinin formalaşmasına və şəhərlərin dayanaqlılığına mühüm töhvə verir”.