BAKI, 29 aprel. TELEQRAF
Ölkədə özəl, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən muzdlu işçilərin sayı dövlət, büdcə təşkilatları, o cümlədən neft-qaz sektorunda işləyənlərin sayına nəzərən 1 milyon nəfərdən çoxdur.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu nöqteyi nəzərdən məşğulluğun rəsmiləşdirilməsi, sahibkarlıq subyeklərində işləyən insanların, təminatlı pensiyası olan insanların sayının sistemə cəlb edilməsi məsələsi demək olar ki, böyük mənada həll edilib:
“2026-ci ilin yanvarın 1-nə qədər 7 il ərzində qeyri-neft-qaz, özəl sektorda fəaliyyət göstərən bütün sahibkarlar üçün demək olar ki, vergi tətili tətbiq edilib. Bunun nəticələri gözləntilərdən də daha yuxarıdır.
Əlavə olaraq bildirim ki, bu ildən fiziki şəxslərə 3% gəlir vergisinin tədbiqinə başlanılıb. Sahibkarlara təşəkkür edirik ki, vicdanlı davranırlar”.