BAKI, 29 aprel. TELEQRAF
İldən ilə Azərbaycanın daxil məhsulunda, yəni istehsal olunan məhsul və xidmətlərin həcmində özəl sektorun rolu artır.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ku, buna səmərəlilik göstəricisi kimi baxılır:
“Biz görürük ki, əlavə dəyərinin yaradılması, əksər hallarda daha çox əlavə dəyər yaradan nəticələrə gətirib çıxarır".