BAKI, 28 aprel. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri qlobal iqtisadiyyatın yaxın gələcəkdə daha çox yanacağa ehtiyac duyacağına inanır və tələbatı ödəməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin energetika və infrastruktur naziri Süheyl əl-Məzrui açıqlama verib:

"Biz inanırıq ki, gələcəkdə dünyanın daha çox enerjiyə ehtiyacı olacaq və OPEC və OPEC+-dan çıxmaq bizə tərəfdaşlar və investorlarla əməkdaşlığı davam etdirərkən bu ehtiyacları ödəməyə imkan verəcək".

Nazir bunun yalnız xam neftin deyil, həm də neft məhsulları və qazın ixracına aid olduğunu deyib.