BAKI, 28 aprel. TELEQRAF

Bir vaxtlar OPEC-in ikinci ən böyük istehsalçısı olan İranda neft saxlama anbarları tamamilə dolub.

Teleqrad xəbər verir ki, vəziyyət belə davam edərsə ölkənin may ayının ortalarına qədər neft hasilatını gündəlik1,5 milyon barel azaltmaq məcburiyyətində qalacaq.

Səudiyyə Ərəbistanı, İraq, Küveyt və BƏƏ kimi qonşu ölkələr də Körfəz müharibəsinin başlamasından sonra oxşar addım atmaq məcburiyyətində qalıblar.

"Kpler"in proqnozuna görə, İranın neft hasilatı ilə bağlı bədbin proqnozlara baxmayaraq, maliyyə problemlərini qarşıdakı aylarda hiss ediləcək.

ABŞ prezidentinin İran limanlarının blokadası ilə bağlı göstəriş verdiyi aprelin əvvəlindən bəri ölkənin neft ixracı əhəmiyyətli dərəcədə azalıb.

"Kpler"in məlumatına görə, Hörmüz boğazından keçən gəmiçilik trafiki minimal olaraq qalır. İranın qlobal bazara tədarükü gündəlik təxminən 567.000 barel təşkil edir. Mart ayında ölkənin ixracı orta hesabla gündəlik 1,85 milyon barel idi:

"Adətən İran neftinin bəzi Çin limanlarına - əsas təyinat yerinə - çatması təxminən iki ay çəkir. Bundan sonra alıcıların ödənişləri tamamlaması üçün daha iki ay vaxtı var. Buna görə də, ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin blokadası İranın gəlirlərinə dərhal təsir göstərməyəcək. Bu təsir üç-dörd ay gecikəcək".