BAKI, 28 aprel. TELEQRAF

Aprelin 1-nə Azərbaycanın xarici dövlət borcunun 1 milyard 387,3 milyon dollarını avrobondlar təşkil edib.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu xarici dövlət borcunun 29,5%-nə bərabərdir.

Qeyd edək ki, dövriyyədəki avrobondların 310,7 milyon dollarının ödəniş müddəti 2029-cu ilə, 1 milyard 76,6 milyon dollarının isə 2032-ci ilə qədərdir. Kupon Dərəcələri: Avrobondlar üzrə illik kupon ödənişləri 3,5% və 5,125% səviyyəsindədir.