BAKI, 28 aprel. TELEQRAF

2026-cı ilin 1 aprel tarixinə daxili dövlət borcu 16 milyard 492,9 milyon manat vəya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 12,6 faizini təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin I rübü üzrə dövlət borcuna dair hesabatında qeyd edilib.

Məlumata görə, daxili dövlət borcu 2026-cıilin 1 yanvar tarixi ilə müqayisədə 1 milyard 311,6 milyon manat azalıb. Hesabat tarixinə daxili dövlət borcunun 7 milyard 695,5 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 797,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşüb.

Dövriyyədə olan 7 milyard 695,5 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 54,4 faizi 2 və 3 illik, 45,6 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarıdır.

2026-cıilin 1 aprel tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,60 təşkil edib. Cari ilin 3 ayı ərzində qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin bitməsi dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.

Cari ilin ilk 3 ayı ərzində əvvəlki illərdə buraxılan dövlət istiqrazları üzrə vaxtı çatmış 1.310,9 milyon manat məbləğində əsas borc ödənişləri, 132,5 milyon manat məbləğində isə faiz və diskont ödənişləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.