BAKI, 28 aprel. TELEQRAF
“Kənd” MMC nizamnamə kapitalını 21 milyon manatdan çox azaldıb.
Teleqraf xəbər verir ki, şirkət nizamnamə kapitalını 23 milyon manatdan 1 milyon 854 min 50 manata endirib.
Qeyd edək ki, “Kənd” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elnur İbrəhimovdur.