BAKI, 27 aprel. TELEQRAF
2025-ci ildə Energetika Nazirliyinin xərcləri 25 milyon 831 min 628.42 manata bərabər olub.
Teleqraf xəbər verir ki, bu barədə Nazirliyin 2025-ci il üzrə maliyyə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Hesabat ilində nazirliyin xərcləri 2024-cü illə müqayisədə 9,51% azalıb. Sərf edilmiş materialların dəyəri 15,4% artaraq 76 min 591,07 manata çatıb. Qurumun əmək haqqı, əmək haqqında görə ayırmalar və işçilərlə bağlı xərcləri 7 milyon 797 min 751,82 manat (5% artım), amortizasiya xərcləri 754 min 721,51 manat (70,86% azalma), sair əməliyyat xərcləri isə 15 milyon 746 min 735,70 manat (6,36% azalma) təşkil edib.