BAKI, 3 oktyabr. TELEQRAF

Rəqabət zəif olduğu zaman inhisarçılıq yaranır və innovasiya imkanları məhdudlaşır.

Teleqraf xəbər verir ki, bunu II Milli Rəqabət Forumunda Milli Məclisin iqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.

Onun sözlərinə görə, sağlam rəqabət siyasəti sahibkarlıq subyektləri üçün bərabər imkanlar yaratmaqla yanaşı, bazarda şəffaflığın təmin edilməsinə xidmət edir.

Bu da istehsalçı və istehlakçılar arasında ədalətli münasibətlərin formalaşmasına şərait yaradır.

Dövlətin qarşısında duran əsas vəzifə isə rəqabət mühitinin gücləndirilməsi, maneələrin aradan qaldırılması və sahibkarların fəaliyyətinə daha əlverişli şəraitin təmin edilməsidir.