BAKI, 23 aprel. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və İsrailin İranın Xəzər dənizindəki Bəndər Ənzəli limanına endirdiyi zərbələri “ehtiyatsız davranış” adlandırıb.
Teleqraf xəbər verir ki, o, belə addımların Xəzəryanı dövlətləri müharibəyə sürükləmək riski barədə xəbərdarlıq edib.
Zaxarovanın sözlərinə görə, martın 18-də Xəzər dənizindəki ən böyük dəniz limanı (Bəndər Ənzəli) bombardman edilib: “Bu, Rusiya-İran ticarəti, o cümlədən ərzaq daşınması üçün fəal şəkildə istifadə olunan mühüm ticarət və logistika mərkəzidir. Kampaniya Rusiya və digər Xəzəryanı dövlətlərin iqtisadi maraqlarına zərər vurub”.
Rusiya rəsmisi hərbi əməliyyatların dərhal dayandırılmasına və məsələnin siyasi həllinə qayıtmağa çağırıb:
“Xəzər dənizi akvatoriyası həmişə təhlükəsiz sülh və əməkdaşlıq zonası kimi qəbul edilib”.
Xatırladaq ki, Xəzəryanı ölkələrə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran daxildir.